“EL” hərəkatı iclasını bitirdi - xüsusi bəyanat yayılacaq

21 Avqust 2013 20:20 (UTC+04:00)
Milli Şuranın təsisçilərindən biri olan "EL" hərəkatı 21 avqustda 4 saat çəkən iclas keçirib. İclasda əsas müzakirə mövzusu Milli Şura ətrafında yaranmış vəziyyət olub.

Bu barədə musavat.com-un suallarını cavablandıran "EL" hərəkatı sədrinin müavini, politoloq Zəfər Quliyev deyib ki, onun təşkilatı yaranmış vəziyyətə həsr olunan xüsusi bəyanatla çıxış edəcək: "Bu qərar bu günkü iclasda verildi. Bəyanatın prinsipial tezisləri və izahat xarakterli bəndləri müəyyənləşdirildi. Sənəd bu gecə hazırlanıb, 22 avqustda mətbuata veriləcək".

Z. Quliyev müxbirimizin çoxsaylı suallarına detallı cavab verməyib. Sadəcə onu söyləyib ki, "EL" hərəkatı Milli Şuranın qalmasında və seçkilərdə iştirakda maraqlıdır; problemin konsensus yolu ilə çözülməsini istəyir; 26 avqust sessiyasına isə etiraz etmir: "Başqa və xüsusi xarakterli mövqelərimizi bənd-bənd 22 avqustda bəyanatımızda yayacağıq".

AzNews.az