1 milyon insan selin qurbanı oldu
21 Avqust 2013 20:43 (UTC+04:00)
Filippinin paytaxt Manila və ətrafına aramsız yağan yağışlardan yaranan  sel təxminən bir milyon insana zərər vurub. 
Seldən zərər çəkənlər, daha etibarlı yerlərə sığınmaq üçün yaşadıqları yerləri  tərk etməyə çalışırlar.
Filippin Milli Fəlakət Risk Azaldılması və İdarə Məclisinin səhər saatlarında verdiyi məlumatlara görə, seldən zərər görənlərin sayı 224 min ailə və ya 1 milyon 50 min insandır.
Bütün ölkə musson yağışlarının yaratdığı sel  daşqınları ilə mübarizə aparır. Daşqında ən azı 8 adam öldüyü və  41 adamın isə itkin itkin düşdüyü bildirilir.
Elman
AzNews.az