Nüfuzlu din alimindən növbəti Misir fətvası

22 Avqust 2013 07:41 (UTC+04:00)
Dünya Müsəlman Alimlər Şurasının sədri Yusif əl Qardavi sülhməramlı aksiyaçıların öldürülməsinin haram olduğunu deyib. Bu barədə Qardavi şəxsi internet saytında məlumat yayıb.

"Allah Tala müqəddəs Qurani Kərimdə qətli haram buyurub. Allaha üsyan əmrinin olduğu yerdə qula itaət etməzlər. Buna görə, sülhməramlı aksiya keçirən etirazçıların öldürülməsi haramdır. Belə bir əmri yerinə yetirən həm dünyasını, həm də axirətini məhv edər".

Bundan başqa Yusif əl Qardavi Misirin müdafi və daxili işlər nazirlərinə müraciət edərək onları fərqli ideologiya sahibi olan insanlara zülm etməməyə səsləyib.

AzNews.az