Keçmiş prezidentin məxfi danışıqları açıqlandı

22 Avqust 2013 07:53 (UTC+04:00)
ABŞ-ın Milli Arxivi keçmiş prezident Riçard Niksonun hakimiyyətinin son dövrünə aid telefon və şəxsi danışıqlarını çap edib.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, onun istefasına səbəb olmuş Uotergeyt qalmaqalının qızğın çağında, 1973-cü ildə məxfi yazı qeyd alınıb.

Ora Niksonun Ağ evdə Oval zalda keçmiş SSRİ-nin lideri Leonid Brejnevlə görüşü, habelə "bütün dünyaya sülh" adlandırdığı Çinlə münasibətlərin yaxşılaşdırılması ilə bağlı müzakirə də daxildi

Bütövlükdə 3 min saatlıq görüş və danışıqlar açıqlanıb. Daha 700 saat isə təhlükəsizlik və şəxsi həyat baxımından yayımlanmayıb.

AzNews.az