Məcburi köçkünü bıçaqla tanınmaz hala saldılar

22 Avqust 2013 09:10 (UTC+04:00)
Bakının Xətai rayonunda amansız cinayət olub.

Milli.az-ın əldə etdiyi məlumata görə, ötən gecə "Nargilə" kafesinin yaxınlığında 38 yaşlı, Şuşa qaçqını olan Natiq Məmmədovu bıçaqla tanınmaz hala salıblar. Bıçaqla onun qulaq seyvanı, alnı, sifəti kəsik-kəsik edilib, möhkəm döyülüb.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən bildirilib ki, N.Məmmədova kimlər tərəfindən işgəncə verilməsi məlum deyil.

AzNews.az