Suriyada gərgin döyüşlər gedir

22 Avqust 2013 10:07 (UTC+04:00)
Şamın şərqi səhər saatlarında Suriya rejimi tərəfindən bombardman edilib.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, bu gün Şamın şərqində, müxaliflərin nəzarətindəki Cubar və Zamalka bölgələriylə, paytaxtın şimalındakı Qabıq və cənubundakı Yarmuk bölgələri hava hücumlarına məruz qalıb.

Cubarda müxaliflərin tankların olduğu bir hərbi kompleksi ələ keçirmə səylərinə cavab olaraq, rejim gücləri də qurudan və havadan hücuma keçiblər.

Əli Rais Hüseynli
AzNews.az