1 milyon müsəlman Ağ Evə yürüş edəcək - ETİRAZ

22 Avqust 2013 10:44 (UTC+04:00)
Sentyabrın 11-də 1 milyon müsəlman Vaşinqtonda Ağ Evə gedərək dini ayrı-seçkiliyə qarşı öz etirazlarını bildirəcəklər.

Yürüşü təşkil edən Amerikalı Müsəlmanlar Siyasi Hərəkət Komitəsi (AMPAC), təxminən 3 min adamın ölümüylə nəticələnən 11 Sentyabr hadisəsindən sonra, ölkədəki müsəlmanların islam əleyhdarları tərəfindən böyük hücuma məruz qaldığını açıqlayıb:

"Müsəlmanlar da, müsəlman olmayanlar da bir faciə yaşadı, ancaq biz müsəlman olaraq hadisədən 12 il sonra hələ pis adamlar kimi göstərilməyə davam edirik. Bu günə qədər bütün media orqanları və İslam əleyhdarı təşkilatları biz müsəlmanlar və İslamiyyət haqqında qaralayıcı və doğru olmayan iddialar səsləndirirlər. Biz buna qarşıyıq və Ağ Ev rəhbərliyindən bu ayrı-seçkiliyə qarşı addım atmasını tələb edəcəyik".

Elman
AzNews.az