Səfər Əbiyev Türkiyə səfirini ilə görüşdü

22 Avqust 2013 10:56 (UTC+04:00)
Avqustun 22-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, görüşdə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından söhbət açan müdafiə naziri hərbi əməkdaşlıq sahəsində də uğurların əldə olunduğunu bildirib. Görüşdə səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeleri nazir Səfər Əbiyevə təqdim edib.

Yeni attaşeyə fəaliyyətində yüksək nailiyyətlər arzulayan Azərbaycanın müdafiə naziri sabiq hərbi attaşe, briqada generalı Yücel Karaüzə də Azərbaycanda çalışdığı müddətdə səmərəli işinə görə öz təşəkkürünü bildirib.

AzNews.az