MSK Rüstəm İbrahimbəyovun sənədlərini qəbul etdi – ÖZƏL

22 Avqust 2013 11:25 (UTC+04:00)


Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Bu barədə AzNews.az-a MŞ-də R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsi üçün yaradılan Təşəbbüs Qrupunun nümayəndəsi Elman Məmmədzadə məlumat verib.

O bildirib ki, artıq R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı lazım olan bütün sənədlər MSK-ya təqdim edilib. E.Məmmədzadənin sözlərinə görə, MSK sənədləri qəbul edib və yaxın 3 gün ərzində R.İbrahimbəyovun namizədliyinin qeydə alınıb, ona imza vərəqələrinin verilib-verilməyəcəyinə aydınlıq gətirəcək.

Anar
AzNews.az