Futbol tarixinin ən bahalı transferi

22 Avqust 2013 12:21 (UTC+04:00)
Uzun müddətdi "Real"a transferi gözlənilən Uels yığmasının futbolçusu Qaret Beyllə bağlı yeni xəbər yayılıb.

Apasport.az-ın məlumatına görə, İspaniyanın "Cadena Cope" radiosu madridlilərin "Tottenhem"in sol cinah oyunçusunun keçidini 99 milyon avroya bitirdiyini iddia edir. Belə ki, Qaretin 6 illik müqaviləyə imza atdığı deyilir.

Bununla da legioner "Real"ın tarixində ən bahalı transfer adına sahib çıxır. Belə ki, bunadək nəinki klubun, ümumiyyətlə, dünya futbol tarixində ən bahalı transfer – 2009-cu ildə "Mançester Yunayted"dən 96 milyon avroya alınan portuqaliyalı hücumçu Kriştianu Ronaldo idi.

"Real"ın bu axşam keçiriləcək "Bernabeu kuboku"na kölgə salmamaq üçün yeni transferini cümə günü açıqlayacağı qeyd olunur.

AzNews.az