Hərbçi yol qəzasına düşdü- Şəmkirdə

22 Avqust 2013 14:02 (UTC+04:00)
Bakı-Qazax magistralının 391-ci kilometrliyində baş verən qəzada iki nəfər ağır yaralanıb.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə magistral yolun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, "N" saylı hərbi hissənin hərbçisi, 44 yaşlı Mətləb Qocayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil Tərtər rayon sakini, 1955-ci il təvəllüdlü Nizami Əliyevin idarə etdiyi "VAZ 2109" markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki sürücü ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı hərbçi oradan hərbi hospitala köçürülüb. Hər iki sürücünün vəziyyətinin ağır olduğu bildirilir. İlkin araşdırmalara əsasən, qəzaya səbəb kimi "VAZ 2106" markalı avtomobilin yol-hərəkəti qaydasını pozması göstərilir.

AzNews.az