Misirdə hərbi avtomobilə hücum
22 Avqust 2013 15:58 (UTC+04:00)
Misirin İsmailiyyə şəhərində naməlum silahlılar hərbçilər daşıyan avtomobilə hücum ediblər.
Tərəflər arasında baş verən qarşıdurma nəticəsində 2 nəfər hərbiçi ölüb, 2 hərbiçi də yaralanıb. Ölənlərdən birinin zabit olduğu bildirilir.
Baş verən hücumla bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir məlumat verilməyib. Hadisəni isə heç bir terror təşkilatı boynuna götürməyib.(anspress)
AzNews.az