Sabiq nazirin qardaşı oğluna hökm oxundu - Özəl

22 Avqust 2013 16:53 (UTC+04:00)
Bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşı oğlu Orxan Qazıyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə AzNews.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Xatırladaq ki, O.Qazıyev dünən İrandan Azərbaycana keçərkən Astara Gömrük Keçid Məntəqəsində saxlanılmış və üstündən 60 qram tiryək tapılmışdı.

Anar
AzNews.az