İraqda partlayış: 14 ölü

23 Avqust 2013 07:31 (UTC+04:00)
İraqda hərbi hissədə terrorçunun törətdiyi partlayış nəticəsində 14 nəfər həlak olub.

Terrorçu partlayıcı ilə yüklənmiş avtomobillə hərbi hissəyə daxil ola bilib.

Məlumata görə, hadisə Bağdaddan 100 kilometr qərbdə Ramadidə baş verib. Həlak olanların çoxu hərbçilər olub.

Terror hadisəsilə bağlı əlavə informasiya verilməyib.

AzNews.az