İsveç kralı ölümlə hədələndi

23 Avqust 2013 07:43 (UTC+04:00)
Norveçli qatil Anders Breyvikini adı açıqlanmayan tərəfdarları İsveç kralı XVI Qustavı ölkənin cənubundakı Karlstad şəhərinə səfəri zamanı partlayış törədəcəklərini bildiriblər.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, terrorçular hədələyici müraciətlərini yerli qəzetlərdən birinə göndərib.

Məktubda bildirilib ki, onlar vilayətin administrasiyası binasının qarşısında 4 bomba partladacaq.

Məlumata əsasən, kral Qustav hakimiyyətinin 40 illiyi münasibəti ilə ölkənin səyahətə çıxıb.

Xatırladaq ki, 2011-ci il iyulun 22-də Anders Breyvik Osloda 77 nəfər dinc sakini qətlə yetirdiyi üçün 2012-ci ilin avqustunda 21 il azadlıqdan məhrum edilib.

AzNews.az