Bakıda ağır qəza: ölən və yaralananlar var

23 Avqust 2013 08:00 (UTC+04:00)
Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zabrat şosesində 2 "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri Taprıdov Təbriz Həmid oğlu hadisə yerindəcə keçinib. Digər sürücü Quliyev Əzim Məcid oğlu və daha 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

AzNews.az