Bakıda avtobus yandı - Yenilənib

23 Avqust 2013 09:36 (UTC+04:00)
Bakıda avtobus yanır.

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtobusda baş vermiş yanğın söndürülüb. Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı-Tiflis xətti üzrə hərəkət edən avtobus qəfil yanmağa başlayıb. hadisə vaxtı avtobusda olan sürücü 1966-cı il təvəllüdlü Təyyar Hümbətov və onun köməkçisi, Gürcüstan Respublikası vətəndaşı, Bolnisi rayonunun Faxralı kəndinin sakini 56 yaşlı Qasılmov Vidadi Sədrəddin oğlu ağır xəsarətlər alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovun avtobusun yanacaq çəninə keçməsinin və yanğının miqyasının da artmasının qarşısını alıb.

***10:56

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. İkimərtəbəli avtobusda baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

AzNews.az