Rutte: NATO Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız silah təchizatını müzakirə edir

3 Dekabr 2024 15:35 (UTC+04:00)

NATO Ukraynanın alyansa dəvət edilməsini müzakirə etmir, sadəcə Kiyevə silah verilməsindən danışılşr.

Bu barədə NATO-nun baş katibi Mark Rutte blokun xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl mətbuat konfransında çıxışı zamanı bildirib və onun yayımı YouTube-da dərc olunub.

“Biz Ukraynaya kömək etməyə borcluyuq və bu, bizim təhlükəsizliyimizin maraqlarına cavab verir, ona görə də biz Kiyevi dəstəkləməyə davam etməliyik”, - o, jurnalistlərin alyans ölkələrinin xarici işlər nazirlərinin bunu etmək niyyətində olub-olmaması ilə bağlı sualını cavablandırarkən prioritet vəzifəni açıqlayıb.

Rutte əlavə edib ki, bu yolla alyans “Ukraynanın danışıqlar masasında mövqeyini gücləndirəcək”.

Mövsüm

AzNews.az