Toyda kütləvi zəhərlənmə

23 Avqust 2013 11:18 (UTC+04:00)
Avqustun 22-də Siyəzən rayon Mərkəzi Xəstəxanasına qidadan zəhərlənmə ilə 57 nəfər yerləşdirilib.

Lent.az-ın məlumatına görə, 15-i kişi, 24-ü qadın və 18-i uşaq təcili xəstəxanaya yerləşdirilib. Şabran rayonunun Ağbaş kənd sakinləri olan şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Araşdırmalar aparılır.

AzNews.az