“İqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var”

23 Avqust 2013 11:22 (UTC+04:00)
Azərbaycanda güclü iqtidar qarşısında zəif müxalifətin olması təəssüf doğurur".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Həsənov deyib

O, seçkiqabağı vəziyyəti dəyərləndirərək, müxalifətin fəaliyyətini tənqid edib: "Bu gün Azərbaycan dövlətinin, prezidentinin əldə etdiyi nailiyyətlər dünyanın bütün ölkələrində müsbət hal kimi müzakirə olunur. Azərbaycan dünya ölkələrinin maraq mərkəzinə çevrilib. Təəssüf ki, dünya ölkələrinin marağını özünə cəlb edən məqamlardan biri də Azərbaycan müxalifəti rüsvayçılığıdır. Onların bu vəziyyəti də müzakirə mövzusudur. Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var. Güclü iqtidar qarşısında dayanıqlı müxalifət olmasını istərdik".

O qeyd edib ki, Azərbaycan xalqı prezident seçkilərində layiqli namizədinə səs verəcək, istədiyi namizədi seçəcək.

AzNews.az