Azərbaycanda qız oğurlandı

23 Avqust 2013 12:20 (UTC+04:00)
Avqustun 19-da Zaqatala rayonunun Muxax kənd sakini İslam Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün qızı Qəndabın Filqət adlı şəxs tərəfindən evlənmək məqsədi ilə oğurlanmasını bildirib.

Lent.az-ın Daxili İşlər Nazirlıiyinin saytına istinadən verdiyi məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədovanın Faldarlı kənd sakinləri Rövlan Əliyev, Filqət Mustafayev, Vüsal və Nail adlı şəxslər tərəfindən oğurlanıb həmin kənd sakini Şahin Abdullayevin evində saxlanılması müəyyən edilib.

R.Əliyev tutulub, digərlərinin də saxlanılması üçün tədbirlər görülür.

AzNews.az