Avropa Komissiyası Aİ-nin müdafiə büdcəsini 100 milyard avroya çatdırmağa çağırıb

9 Dekabr 2024 19:35 (UTC+04:00)

Avropanın yeni müdafiə komissarı Andrius Kubilius bildirib ki, Aİ - nin növbəti yeddi il üçün müdafiə büdcəsi 100 milyard avroya çatdırılmalıdır.

Eyni zamanda, Litvanın keçmiş baş naziri Ukraynaya maksimum hərbi dəstəyin göstərilməsinə çağırıb.

Onun sözlərinə görə, əks halda Kiyevin məğlubiyyətindən sonra Aİ-yə qarşı “Rusiyanın təcavüzü ehtimalı” arta bilər.

Nəşr qeyd edib ki, Kubiliusun təklif etdiyi müdafiə xərclərinin artırılması Brüssel üçün “maliyyə inqilabı” olacaq. Hazırda blokun bu məqsədlər üçün xərcləri cəmi 10 milyard avro təşkil edir, ümumi büdcəsi isə 1 trilyon avrodan çoxdur.

Mövsüm

Aznews.az