Əl-Cəzirə: Qəzzanın şimalında İsrailin hücumu nəticəsində ən azı 25 nəfər həlak olub

10 Dekabr 2024 10:27 (UTC+04:00)

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimalında endirdiyi zərbə nəticəsində ən azı 25 fələstinli həlak olub.

Bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat yayıb.

Telekanal iddia edir ki, israillilər Beyt Hanun bələdiyyəsində bir neçə yaşayış binasını tamamilə dağıdıblar.

Əl-Cəzirə telekanalının məlumatına görə, son 24 saat ərzində Qəzza zolağında azı 50 nəfər ölüb, 84-dən çox insan yaralanıb. Ötən ilin oktyabr ayından bəri bölgədə ölənlərin ümumi sayı 44 min nəfəri keçib.

Mövsüm

Aznews.az