Əli Kərimliyə qarşı hücum gözlənilir- Təşviş

23 Avqust 2013 14:21 (UTC+04:00)
Milli Şuranın növbədənkənar sessiyasının başlanmasından öncə sessiyanın keçiriləcəyi Müsavat Partiyasının qərargahında narahatlıq var.

Musavat.com xəbər verir ki, siyasi fəallarda liderlərə qarşı təxribat törədiləcəyi barədə məlumat var. Gözlənilən təxribatın təxmini detalları belədir: bir qadın fürsət taparaq AXCP sədri Əli Kərimlinin üstünə şığımalı, onu söyüb təhqir edərək, məktublarını cavabsız qoymaqda ittiham etməlidir.

Cəbhəçilər bu təxribatdan məlumatlı olduqları üçün ehtiyat tədbirlər görməkdədirlər.

AzNews.az