Polşa XİN Ukraynaya Poznanda konsulluq açmağa icazə verməyə hazır olduğunu açıqlayıb

13 Dekabr 2024 13:01 (UTC+04:00)

Polşa Ukraynaya Poznanda konsulluq açmağa icazə verməyə hazırdır.

Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski məlumat verib.

"Əgər Ukrayna tərəfindən Poznandakı konsulluğun işinə razılıq verilməsi xahişi ilə müraciət olarsa, o zaman belə icazə veriləcək", - deyə Sikorski bildirib.

Eyni zamanda diplomat vurğulayıb ki, konsulluğun Kiyevdə yerləşəcəyi yeri şəhər rəhbərliyi ilə razılaşdırmaq lazımdır.

Mövsüm

Aznews.az