Gürcüstan Baltikyanı respublikaların təsdiqlədiyi məhdudiyyətlərə cavab olaraq Litva və Estoniyaya qarşı sanksiyalar tətbiq etməyəcək.
Bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bir gün əvvəl, dekabrın 15-də Litva Xarici İşlər Nazirliyi respublikanın Estoniya ilə birlikdə respublikanın baş naziri İrakli Kobaxidze də daxil olmaqla 17 gürcü siyasətçiyə qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı. Nazirlik bu addımın səbəbini hakimiyyətin Tbilisidəki etirazları dayandırmaq cəhdləri kimi göstərib.
“Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-Gürcüstan qərarına qarşı çıxmaq hüququ və imkanı var. Bununla belə, Litva və Estoniya xalqına hörmət edərək, belə bir addımın atılmasını məqsədəuyğun hesab etmirik”, - hökumətin saytında dərc olunmuş press-relizdə deyilir.
Mövsüm
Aznews.az