İraqın şimalında 9 terrorçu zərərsizləşdirilib

16 Dekabr 2024 16:32 (UTC+04:00)

İraqın şimalında 3-9 dekabr tarixləri arasında həyata keçirilən hava əməliyyatları ilə Hakurk, Qara və Metina bölgələrində 9 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə TRTHaber məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Türk Silahlı Qüvvələrimiz terrorçulara möhlət vermir. 3-9 dekabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 9 nəfərin terrorçulara atəş açdığı müəyyən edilib. Hakurk, Qara və Metina bölgələrində PKK terrorçuları zərərsizləşdirilib",-deyə qeyd edilib.

Mövsüm

Aznews.az