Dənizdə ölümlə üz-üzə gəldilər

23 Avqust 2013 21:20 (UTC+04:00)
Dənizdə batma təhlükəsi ilə üzləşən daha üç nəfər xilas edilib.

Sumqayıt şəhərində dənizdə ("Corat" sularda xilasetmə məntəqəsindən, təxminən, 1200 m məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Bakı şəhəri, Suraxanı rayonunda dənizdə də ("Hövsan" sularda xilasetmə məntəqəsindən, təxminən, 600-700 m məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunublar.


AzNews.az