Arvadını qəbiristanlıqda güllələdi

24 Avqust 2013 08:33 (UTC+04:00)
Bakıda ər arvadını qəbiristanlıqda qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Babək prospektində yerləşən qəbiristanlıqda qeydə alınıb.

1980-ci il təvəllüdlü Rövşən Sabir oğlu Mehdiyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Cəmilə Fərrux qızı Mehdiyevanı tüfəngdən açdığı atəş nəticəsində qətlə yetirib.

Hadisədən sonra R. Mehdiyev polisə təslim olub.

AzNews.az
Faktla bağlı araşdırma aparılır.