“Natiq Ritim” konsert verəcək

24 Avqust 2013 08:48 (UTC+04:00)
Natiq Ritm" qrupu növbəti konsertə hazırlaşır.

Ağır iş prosesində çalışan qrupun rəhbəri, əməkdar artist Natiq Şirinov AzNews.az-a konsertə ciddi hazırlaşdıqlarını, hər gün məşqlərin getdiyini bildirib. Sentyabrın 6-da "Yaşıl teatr"-da baş tutacaq konserdə əsasən qrupun azyaşlı nümayəndələri əsas heyətdə çıxış edəcək. "Nağaranı yaşatmaq lazımdı, bu gün bu aləti muzeyə qoymaq deyil, istifadə etmək gərəkdi. Biz də bacardığımız qədər buna çalışırıq. Milli dəyərlərimizə, musiqimizə sahib çıxmaq istəyirik. Hər konsert fərqli ritmlərdən istifadə olunduğu kimi, bu dəfə də ənənəyə sadiq olaraq, xarici ritmlərdən istifadə olunacaq. Bu dəfəki konsertin fərqliliyi eyni zamnda orkestr olaraq səhnəyə çıxmağımızdan irəli gəlir. Ritmlər əlavə edərək yeniliklərin olacağına söz verirəm". Qeyd edək ki, konsert sentyabrın 6-sı, saat 19:00-da "Yaşıl tetr"-da baş tutacaq.

Bahar
AzNews.az