Bakıda ağır qəza; İki nəfər ölümcül yaralandı - FOTO

24 Avqust 2013 08:53 (UTC+04:00)
Dairəvi yolda, Bakının Yasamal rayonu ərazisində (Maşın bazarına çatmamış)ağır yol qəza hadisəsi baş verib.

AzNews.az-ın hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, qəzaya səbəb "Mercedes" markalı maşın olub.

90-GO-048 dövlət nömrə nişanlı "Mercedes"in sürücüsü önündə gedən 90-EV-910 dövlət nömrə nişanlı "Honda-CRV"ni arxadan vurub.

Qəza nəticəsində "Mercedes"dəkin iki qadın ağır yaralanıb. Yaralılar yaxındakı xəstəxanaya aparılıb.

Hadisə yerinə Yasamal rayon Yol Polisi Xidmətinin əməkdaşları gəlib.

Azər
AzNews.az