Dövlət orqanlarının elektronlaşması prosesi gücləndiriləcək

24 Avqust 2013 09:21 (UTC+04:00)
Göstərilən xidmətlərin elektronlaşması prosesinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Elektron hökumət"in inkişafı üzrə yeni proqram hazırlanıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, yeni proqram üzərində işlər son mərhələdədir və onun tətbiqi ilə dövlət orqanlarının xidmətlərinin elektronlaşması prosesi gücləndiriləcək.

AzNews.az