“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və Qlobal Fondun dəstəyi ilə 2018-ci ildən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində İİV/QİÇS profilaktikası tədbirləri çərçivəsində təlim/təlimat sessiyalarının keçirilməsi” layihəsini icra edir. Layihə çərçivəsində cari ildə 21 cəzaçəkmə müəssisəsində təlim/təlimat sessiyası baş tutmuşdur. Layihənin əsas hədəf qrupu İİV/QİÇS-lə münasibətdə yüksək risk qrupuna aid olan məhkumlardır.
Sessiyalarda məhkumlar İİV/QİÇS epidemiyasının yayılması, narkotiklərdən istifadə, seksual davranışlar, İİV/QİÇS profilaktikasında personalın öhdəlikləri, əvəzedici, metadon mübadiləsi, Zərərin Azaldılması proqramının mahiyyəti müzakirə edilmişdir.
Məlumat üçün bildirək ki, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən biri də cəza cəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasına dəstək verməkdir. QHT bu istiqamətdə də layihələr icra edir.