Xəzərdə yanğın belə söndürülür - VİDEO

24 Avqust 2013 10:34 (UTC+04:00)
Avqustun 17-də Xəzərin Azərbaycan sektorunda "Bulla-dəniz" qaz-kondensat yatağında baş vermiş yanğın davam edir.

Hazırda yanğının söndürülməsinə cəhd olunur. "1news.az" saytı həmin görüntüləri təqdim edib.

Qeyd edək ki, avqustun 17-də gecə saat 23:00 radələrində 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Baş verən yanğın zamanı 90 saylı axtarış quyusunun işçiləri evukuasiya olunub.

Yanğın hələ də davam edir.



AzNews.az