Tiflisdə qanunsuz silah daşıyan həmyerlimiz saxlanıldı

24 Avqust 2013 11:00 (UTC+04:00)
Gürcüstanın paytaxtı Tbilisidə patrul polisi Azərbaycan vətəndaşını saxlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, patrul içərisində bir neçə şəxsin olduğu avtomobili Zemo Poniçala rayonunda saxlayıb.

Onlardan birinin, Azərbaycan vətəndaşı Süleyman A-nın davranışları polisə şübhəli gəlib və onlar şəxsdən "BMV" markalı avtomobildən aşağı düşməyi xahiş ediblər.

Şəxsi axtarış zamanı şəxsin üzərindən "Makarov" markalı tapança aşkarlanıb. Avtomaşından əlavə olaraq içərisində 8 patron olan daraq aşkarlanaraq götürülüb.

Hadisə ilə əlaqədar odlu silahın daşınması və saxlanılması faktı üzrə cinayət işi qaldırılıb.

AzNews.az