DİN qəbiristanlıqdakı qətllə bağlı məlumat yaydı

24 Avqust 2013 11:17 (UTC+04:00)
Daxili İşlər Nazirliyi arvadını öldürən kişi ilə bağlı məlumat yayıb.

Avqustun 23-də Suraxanı rayonu Babək prospektindəki qəbiristanlıqda Bakı şəhər sakini Rövşən Mehdiyev qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq arvadı Cəmilə Mehdiyevanı qətlə yetirib.

R.Mehdiyev könüllü olaraq Suraxanı RPİ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngini təhvil verib.

AzNews.az