Azər Zahid barəsində həbs qətimkan tədbiri seçildi - MƏHKƏMƏ

25 Dekabr 2024 19:28 (UTC+04:00)

Azərbaycanda bir sıra tiktokerlər polis tərəfindən saxlanılıb.

Lent.az xəbər verir ki, “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahidlə bağlı məhkəmə qərarı məlum olub.

Polisin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsi Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Azər Zahid cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham olunur.

Onun üzərindən 100-ə yaxın bank kartı çıxıb.

Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır.

Hazırda digər saxlanılanların işinə baxılır.