İşə qəbul zamanı yalan detektorundan istifadə olunacaq- Azərbaycanda

24 Avqust 2013 12:09 (UTC+04:00)
Azərbaycanda özəl şirkətlərə işə qəbul zamanı yalan detektorundan istifadə etmək hüququ verilib.

Yalan detektoru işə qəbul zamanı rəhbərliyi aldatmağa cəhd edən əməkdaşı üzə çıxaracaq. Bundan başqa bu aparat namizədlər arasında daha məsuliyyətli işçini seçməyə də kömək edə bilər.

Hələlik, Azərbaycan bu aparatdan istifadə yayılmayıb. 3min dollara dəyərində olan bu aparatdan daha çox kriminalistlər istifadə edir. Şirkətlər aparatı Rusiya və ya Almaniyadan gətirir.

Yalan detektorundan istifadə hüququ əldə etmək üçün, mütləq lisenziya almaq üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət olunmalıdır.(anspress)


AzNews.az