Qazıntı zamanı hərbi sursat aşkarlandı- Azərbaycanda

24 Avqust 2013 16:20 (UTC+04:00)
Azərbaycanda qazıntı zamanı xeyli sayda hərbi sursat aşkar edilib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki maşınqayırma zavodu ərazisində qazıntı işləri aparılarkən hərbi sursat aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən 69 ədəd müxtəlif çaplı mərmi, mərmi başlıqları və partlayıcı maddələrin olduğu müəyyən edilib. Hərbi sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkar etməyib. Əməliyyat saat 14:57-də başa çatıb.

AzNews.az