Yaponiya Ermənistanda səfirlik açacaq

25 Avqust 2013 08:14 (UTC+04:00)
Tokio daha 6 ölkədə səfirlik açmaq və xarici nümayəndəliklərin heyətlərini genişləndirmək niyyətindədir.

APA-nın "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, Yaponiyanın NHK telekanalının məlumatına əsasən, bu tədbirlər yapon biznesinin fəaliyyət dairəsinin artırılmaq və Yaponiya vətəndaşlarının ölkə hüdudlarından kənarda təhlükəsizliyini təmin etmək məqsədi ilə atılır.

Belə ki, Yaponiya XİN-i Butan, Namibiya, Marşal adaları, Barbados, Türkmənistan və Ermənistanda səfirlik açmağı planlaşdırır.

AzNews.az