ABŞ ilə İngiltərə Suriyaya qarşı birgə əməliyyata başlayır?– Müharibə

25 Avqust 2013 11:34 (UTC+04:00)
Prezidenti Barak Obama İngiltərə Baş naziri David Camerona zəng edib.

Ağ Evdən mətbuat xidmətinin açıqlamasına görə, iki liderlərin danışığında Suriyada davam edən gərginlik, ABŞ və İngiltərənin üz-üzə qaldığı ortaq təhlükəsizlik məsələləri müzakirə edilib.

Obama və Cameronun 21 Avqustda Şam yaxınlarında Suriya rejimi tərəfindən vətəndaşlara qarşı kimyəvi silah istifadə edildiyinə dair xəbərlərdən təəssüfləndiklərini dilə gətiriblər. Liderlər həmçinin bu hadisə və kimyəvi silah istifadəsinə qarşı olan təpkiləri cavablandırmaq üçün beynəlxalq güclərlə müzakirə aparacaqlarını bildiriblər.

Açıqlamada, kimyəvi silahdan istifadəyə qarşı ABŞ və İngiltərənin birlikdə hərəkət edəcəkləri də bildirilir.

Elman
AzNews.az