Türkiyədə 300 əsgər zəhərlənib

25 Avqust 2013 13:55 (UTC+04:00)
Türkiyədə 300 əsgər zəhərlənib.

Manisa vilayətində 300 əsgər axşam yeməyindən sonra ürək bulantısı, qusma və yüksək hərarətlə xəstəxanalara aparılıb.
Məlumatda deyilir ki, əsgərlərin müayinəsi zamanı zəhərlənənlərin sayının artacağı istisna edilmir. Onlardan bəzilərinin isə vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az