Yəməndə hərbçilərə məxsus avtobusa hücum

25 Avqust 2013 14:59 (UTC+04:00)
Yəmənin paytaxtı Sana şəhərində bir dəstə naməlum silahlı hərbi hava qüvvələrinin şəxsi heyətini daşıyan avtobusa hücum ediblər.

Baş verən bombalı hücum nəticəsində 6 hərbçi ölüb, 26 hərbçi də yaralanıb.

Yəmən Hərbi Hava Qüvvələri Komandanlığı baş verən hadisəni təsdiq edib. Komandanlığı yaydığı məlumatda, yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir.

AzNews.az