Bakının mərkəzində bina yanır

25 Avqust 2013 18:25 (UTC+04:00)
Bakının mərkəzində, Bülbül və Füzuli küçələrinin kəsişdiyi ərazidə yaşayış binasında yanğın başlayıb.

Hadisə şahidlərinin Lent.az-a verdikləri məlumata görə, binanın yuxarı mərtəbələrinə başlayan yanğın genişlənməkdədir. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları gəlib.

Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını almağa çalışırlar.

AzNews.az