65 yaşayış məntəqəsi su altında qalıb - VİDEO
25 Avqust 2013 19:05 (UTC+04:00)
Rusiyanın uzaq şərq bölgəsində güclü daşqınlar davam edir
Rusiyanın uzaq şərq bölgəsində güclü daşqınlar davam edir. Xabarovsk diyarında Amur çayının səviyyəsi 720 santimetr həddini keçərək rekord vurub. Rusiyanın birinci kanalının məlumatına görə, diyarda 30-a yaxın kənd və qəsəbə tamamilə su altında qalıb.
Bölgədən 2000-ə yaxın insan köçürülüb. Hidrometeoroloqların proqnozlarına görə həftənin son günündə Xabarovsk diyarının cənubunda yağıntılar gözlənilir. Bu isə Amur çayının səviyyəsinin daha da yüksəlməsinə səbəb ola bilər. Bəzi ehtimallara görə, avqust ayının sonunadək Amur çayının səviyyəsi 780 santimetrədək qalxacaq. Ərazidə içməli su mənbələrində davamlı montorinqlər aparılır. Hələliksə insanlar hələlik şüşə qablardakı su ilə təmin olunur. Xabarovsk diyarında daşqınların qarşısını almaq üçün qum kisələrindən səddlər də hazırlanıb. Xilaasedicilərə bu işdə vətəndaşlar da yardımçı olur. Ümumilikdə, Uzaq Şərqin 3 bölgəsi hələ də daşqınlardan əziyyət çəkir.
Amur vilayətində 65 yaşayış mənətəqəsi artıq su altındadır. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqınlardan əziyyət çəkən bölgələrdən indiyədək 17 mindən çox adam evakuasiya olunub.Bəzi təhlükəli ərazilərdə isə sakinlər köçürülməkdən imtina edirlər.
AzNews.az