“Böyük oyun“ 0-0 hesabı ilə başa çatdı

25 Avqust 2013 20:13 (UTC+04:00)
Lənkəran Şəhər Mərkəzi Stadionunda davam edən "Xəzər Lənkəran" - "Neftçi" oyununda qalmaqal yaşanıb.

Həftələrdir azarkeşlərin səbirsizliklə gözlədikləri "Böyük oyun" "Xəzər Lənkəran" "Neftçi" oyunu heş-heçə başa çatdı. ANS PRESS-in məlumatına görə, hər iki komanda azarkeçlərinin ümidlərini doğrulda bilmədilər.

21:25:00
Lənkərana ezam olunmuş muxbirinin verdiyi məlumata görə, qarşılaşmanın birinci hissəsi başa çatan kimi "Xəzər
Lənkəran"ın bir qrup azarkeşi "Neftçi"nin 50-yə yaxın azarkeşinin oturduğu sektorun qarşısına toplaşaraq onlara qarşı şüarlar səsləndiriblər.

Nəticədə hər iki tərəf bir-birinə qarşı şuarlar səsləndirməyə başlayıblar. Daha sonra oturacaqları sındıraraq bir -birlərinə atıblar.

Polis və əsgərlərin köməyi ilə azarkeşlər dağıdılıb. İkinci hissə isə beş dəqiqə gec başlayıb. Səbəb azarkeşlərin meydana yad əşyalar atmasi olub. Azarkeşlər sakitləşdikdən sonra baş hakim Fariz Yusifov oyunu başlayıb.

Stadionda azarkeşlər arasında gərgin atmosfər nisbətən sakitləşib.

20:23
Həftələrdir azarkeşlərin səbirsizliklə gözlədikləri "Böyük oyun" "Xəzər Lənkəran" "Neftçi" oyunu start götürüb. ANS PRESS-in stadionda olan müxbirinin verdiyi məlumata görə, IV turun ən maraqlı qarşılaşmasını Fariz Yusifov idarə edir. Hər iki komandanın ciddi hazırlaşdığı oyun böyük marağa səbəb olub. Start heyətləri aşağıdakı kimidir

"Xəzər Lənkəran": 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zoahir Benuahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev, 20. Etame Mbilla, 27. Adrian Skarlatake

"Neftçi": 30. Saşa Stamenkoviç, 3. Deniz Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 9. Flavinyo, 14 Bahodir Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90.Ernest Nfor

Xatırladaq ki, "Xəzər Lənkəran" və "Neftçi" sonuncu dəfə Azərbaycan kubokunun finalında üz-üzə gəliblər. Kuboku "Neftçi" qazansa da, oyundan sonrakı qalmaqal ölkə gündəminin əsas mövzularından idi.

AzNews.az