İranda zəlzələ baş verib

25 Avqust 2013 20:56 (UTC+04:00)
Avqustun 25-də axşam saatlarında İranda zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirman vilayətinin Çatrud şəhəri olub.

Məlumata görə, 4.3 bal gücündə olan zəlzələ yerli vaxtla saat 18:26-da (Bakı vaxtı ilə 18:56-da) yerin 13 km dərinliyində meydana gəlib. Təbii fəlakət Çatruddan 31 km, Hocedkdən 35 km, Kermandan 35 km və Tehrandan 787 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

AzNews.az