Hindistanda fil insanlara hücum edib: 17 nəfər yaralanıb

8 Yanvar 2025 15:05 (UTC+04:00)

Hindistanın Kerala ştatında keçirilən festivalda filin izdihamın üzərinə qəfil hücumu nəticəsində 17 nəfər yaralanıb.

Bu barədə NDTV məlumat yayıb.

Telekanalın məlumatına görə, fil festivala gələnlərdən birini götürərək havada yelləyərək kənara atıb. Kişinin vəziyyəti ağır qiymətləndirilir və o, hazırda tibbi yardım üçün xəstəxanadadır.

Mövsüm

Aznews.az