Müsavat Gənclər Təşkilatı yeni lider seçdi

26 Avqust 2013 07:50 (UTC+04:00)
Avqustun 25-də Müsavat Gənclər Təşkilatının konfransı keçirilib. Konfransda təşkilata yeni sədr seçilib.

"Musavat.com"un məlumatına görə, bu postu sədrin siyasi məsələlər üzrə müavini Cavid Hacıbəyli tutub.

Cavid Hacıbəyli 1985-ci ildə Bərdədə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. Subaydır.

Müsavat Gənclər Təşkilatının əsasnaməsinə görə, yaşı 29-u keçmiş şəxs təşkilatın üzvü ola bilməz. Dünənədək Gənclər Təşkilatına Tural Abbaslı sədrlik edirdi.

AzNews.az