Azərbaycan–Rusiya sərhədində böyük növbə yaranıb

26 Avqust 2013 10:14 (UTC+04:00)
Azərbaycan – Rusiya sərhədində avtomobillərin böyük növbəsi yaranıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, gömrük məntəqəsində təxminən 100 maşın qonşu ölkəyə keçmək üçün növbə gözləyir. Samur Gömrük keçid məntəqəsindən bildirilib, növbə Rusiyada yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycanda istirahətdə olan Rusiya vətəndaşlarının geri qayıtması ilə bağlı yaranıb.

Samur keçid Gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirovun APA-ya verdiyi məlumata görə, keçid məntəqəsində hər hansı süni maneə yaradılmasından söhbət belə gedə bilməz: "Gün ərzində keçid məntəqəsindən 170 – 200 maşın buraxılır. Sadəcə, Rusiyada yeni tədris ilinin başlanması ilə əlaqədar Rusiya vətəndaşları öz ölkələrinə qayıdırlar. Bu da gün ərzində müəyyən növbələrin yaranmasına gətirib çıxarır".

AzNews.az